Bu dəfə muğam və təsniflər “Rast dünyası”nda səslənəcək
Bakı, 18 sentyabr, AZƏRTAC
Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində reallaşacaq ilk tədbir “Rast dünyası” adlı konsert proqramı olacaq.
AZƏRTAC xəbər verir ki, sentyabrın 19-da reallaşacaq konsertdə muğam və təsniflərə müraciət ediləcək.
Xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova və Teyyub Aslanovun iştirakı ilə gerçəkləşəcək konserti “Könül” ansamblı müşayiət edəcək.
Qeyd edək ki, sentyabrın 30-dək davam edəcək builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.
Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
“Şərq musiqisinin peyğəmbəri” - Cabbar Qaryağdıoğlu haqqında videoçarx hazırlanıb