×
A
A
A
Sazlamalar

Türk Hava Yollarına məxsus yük təyyarəsi təcili eniş edib

Ankara, 18 sentyabr, AZƏRTAC

Türk Hava Yollarının “Turkish Cargo” şirkətinə məxsus “Airbus A330-200F” tipi yük təyyarəsi təcili eniş edib.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, İstanbul Hava Limanından səmaya qalxan təyyarə bir neçə dəqiqə sonra eniş üçün geri dönüb.
Təyyarə yanacaq çənlərini boşaltmaq üçün təxminən 3 saat İstanbul səmasında dövrə vurub. Əvvəlcə Bursaya enmək qərarı verilsə də son məqamda təyyarə Atatürk Hava Limanına enib. Bildirilir ki, qəza enişinə səbəb təyyarənin quş sürüsünə çırpılması olub.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara 

Dünya 2019-09-18 00:01:00