×
A
A
A
Sazlamalar

İki oyun ilə UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünə start verilib

Bakı, 17 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 16-da UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünə start verilib.
AZƏRTAC xəbər verir ki, qrup mərhələsinin ilk oyunu F və G qrupunda oynanılıb.
F qrupunda yer alan İtaliyanın “İnter” klubu öz meydanında Çexiyanın “Slaviya Praqa” komandasını qəbul edib.
Görüş 1:1 hesabı ilə başa çatıb.
Oyunda hesabı qonaqlar 63-cü dəqiqədə Peter Olayinka sayəsində vurub. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə italyanlar hesabı bərabərləşdirməyə nail olub. Matçın 94-cü dəqiqəsində Nikolo Borella fərqlənib.
Eyni hesab Fransada da qeydə alınıb. G qrupunda yer alan “Lion” doğma azarkeşlər önündə Rusiyanın “Zenit” komandasını qəbul edib. Hesabda 41-ci dəqiqədə Sərdar Azmunun qolu sayəsində irəli olan rusiyalılar matçın 50-ci dəqiqəsində hesabı qoruya bilməyiblər. Menfis Depay adını tabloya yazdırıb - 1:1.

İdman 2019-09-17 23:40:00