×
A
A
A
Sazlamalar

“Son görüş” filmi Polşada nümayiş olunur

Varşava, 17 sentyabr, AZƏRTAC 

Polşada fəaliyyət göstərən “Mədəniyyət Tanıtma Mərkəzi” (Centrum Promocji Kultury) sentyabrın 17-dən başlayaraq Azərbaycan istehsallı “Son görüş” filmini nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, filmin nümayişi Azərbaycanın Polşadakı səfirliyinin dəstəyi ilə həyata keçirilir. Ekran əsəri Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə son günlərindən bəhs edir.
Film pulsuz izləniləcək.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava

Teatr və kino 2019-09-17 20:31:00