×
A
A
A
Sazlamalar

Antalyada meşə yanğını baş verib

İstanbul, 17 sentyabr, AZƏRTAC 

Türkiyənin Antalya şəhərinin Serik rayonunda meşə yanğını baş verib.
AZƏRTAC xəbər verir ki, bölgədəki tarlalardan birində başlayan yanğın güclü küləyin təsiri ilə meşəlik əraziyə keçib.
Hazırda yanğının söndürülməsi işləri davam edir.
Hadisə baş verən bölgəyə 8 helikopter, 45 yanğınsöndürən maşın və 120 nəfərdən ibarət canlı qüvvə cəlb olunub.


Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-09-17 20:09:00