Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Evdən və həyətdən oğurluq edən şəxslər tutulublar

Bakı, 17 sentyabr, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 31-də rayondakı evlərin birindən televizor və kombi aparatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Cəbrayılov yaxalanıb.
Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 16-da Binə qəsəbəsində həyətlərdən birinin darvazasını “Qazel” markalı avtomobillə oğurlamağa cəhd göstərmiş qəsəbə sakini A.Nəsibov saxlanılıb.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2019-09-17 19:32:00