×
A
A
A
Sazlamalar

Xəzər dənizində zəlzələ olub

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 17-də Xəzər dənizində maqnitudası 3.1 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:18-də qeydə alınıb.
Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.

Ekologiya 2019-09-17 19:20:00