×
A
A
A
Sazlamalar

Sumqayıtda bir neçə evdən oğurluq edilib

Bakı, 17 sentyabr, AZƏRTAC 

Sentyabrın 15-də Qurd dərəsi bağlar sahəsindəki evlərin birindən məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - S.Cəfərov və E.Qasımov Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ətraflarında aparılmış tədbirlərlə onların daha üç həyətyanı sahədən məişət əşyaları, 1 evdən isə təmir-tikinti alətləri, məişət əşyaları və inşaat materialları oğurlamaları da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.

Hadisə 2019-09-17 18:39:00