Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Əbülfəs Qarayev: Cəfər Cabbarlının ev-muzeyi ilə bağlı məsələ tezliklə öz həllini tapacaq

Bakı, 17 sentyabr, AZƏRTAC

Cəfər Cabbarlının hazırkı ünvanda yerləşən ev-muzeyi ilə bağlı müəyyən işlər görülür.
AZƏRTAC xəbər verir ki, bu sözləri 147-ci teatr mövsümünün açılış mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev söyləyib.
Bildirib ki, Cəfər Cabbarlının ev muzeyi ilə bağlı məsələ tezliklə həllini tapacaq.
Qeyd edib ki, Cəfər Cabbarlının anadan olmasının 120 illiyi ilə əlaqədar ölkənin müxtəlif teatrlarında dramaturqun əsərləri səhnələşdirilib.
Diqqətə çatdırıb ki, bundan sonra da onun əsərləri yeni tərtibat və müasir formada təqdim olunacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev 2018-ci il dekabrın 18-də Cəfər Cabbarlının anadan olmasının 120 illiyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb.

Mədəniyyət 2019-09-17 18:37:00