×
A
A
A
Sazlamalar

Səkkiz ayda ölkəyə idxal olunan avtomobillərin sayı açıqlanıb

Bakı, 17 sentyabr, AZƏRTAC

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı 26 min 695 olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 246-sı sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 24 min 88-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 2262-si yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 99-u isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Nəqliyyat 2019-09-17 18:30:00