Portuqaliyada müəllimlərin tətilləri ilə əlaqədar yüzlərlə məktəb bağlanıb
Lissabon, 17 sentyabr, AZƏRTAC
Portuqaliyada əməkhaqqının artırılmasını tələb edən müəllimlərin tətilləri ilə əlaqədar yüzlərlə məktəb bağlanıb.
AZƏRTAC “Lusa” xəbər agentliyinə istinadla bildirir ki, ölkənin müxtəlif regionlarında müəllimlərin tətilləri ilə əlaqədar yüzlərlə məktəb bağlanıb. Bu, son illərdə ən böyük tətildir.
Dövlət Administrasiyası İttifaqları Federasiyasının baş katibi Juao Abrao jurnalistlərlə söhbətində deyib: “Bu, son illərdə ən böyük tətildir. Çox ehtimal ki, yüzlərlə məktəb bağlanacaq. Əməkdaşlar hökumətə göstərmək istəyirlər ki, onlar danışıqlar aparmağa borcludurlar”.
Alınmış məlumata görə, Lissabon, Braqansa, Setubal və Portuda məktəblər bağlanıb. Bəzi tədris müəssisələrində etiraz aksiyaları keçirilib. Məktəblərin işçiləri və həmkarlar ittifaqı liderləri əllərində plakatlar tutmuş halda etiraz aksiyalarına gəliblər. Onlar əməkhaqqının artırılmasını və “müəllimlərə hörmət göstərilməsini” tələb edirlər.
Şagirdlərin valideynləri bu tətili anlayışla qarşıladıqlarını bildiriblər. Lakin valideynlərin çoxu vurğulayır ki, dərs məşğələlərinin dayandırılması uşaqların təliminə mənfi təsir göstərəcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər