Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Musiqili Teatrın yaradıcı kollektivi Fəvvarələr meydanında çıxış edəcək

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Milli Musiqi Günü münasibətilə Fəvvarələr meydanında konsert verəcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsert proqramı Mədəniyyət Nazirliyinın dəstəyi, Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşacaq.
Bayram əhval-ruhiyyəli tədbirdə 110 yaşlı qocaman mədəniyyət ocağının böyük kollektivi - balet, xor truppası, orkestr və aktyor heyəti çıxış edəcək.
Konsertdə təkcə dahi Ü. Hacıbəylinin ölməz əsərləri deyil, dünya klassiklərinin, eləcə də müasir bəstəkarların musiqiləri səsləndiriləcək, teatrın repertuarında xüsusi yer tutan tamaşalardan parçalar nümayiş etdiriləcək.

Teatr və kino 2019-09-17 18:12:00