×
A
A
A
Sazlamalar

Ötən il ölkəmizdə 2,4 milyon uşaq müayinə olunub

Bakı, 17 sentyabr, AZƏRTAC
Ötən il ölkəmizdə 2 milyon 430 mindən çox uşaq profilaktik müayinələrdən keçib.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Müayinədən keçənlərin 2 min nəfərdə eşitmə qabiliyyətinin zəif olduğu müəyyən edilib. Bu, müayinədən keçənlərin 0,1 faizini təşkil edir.
Uşaqlardan 13,4 min nəfərində görmə zəifliyi, 2,3 min nəfərində danışıq qüsuru, 2,6 min nəfərində skolioz, 1,5 min nəfərində qamət pozğunluğu olduğu aşkar edilib.

Səhiyyə 2019-09-17 17:58:00