×
A
A
A
Sazlamalar

Aqrar Xidmətlər Agentliyinin əməkdaşları İmişlidə növbəti monitorinq keçiriblər

Bakı, 17 sentyabr, AZƏRTAC

Aqrar Xidmətlər Agentliyinin (AXA) əməkdaşları İmişli rayonu Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin verilməsi zamanı keçirilən nəzəri və təcrübi imtahanlarda iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, AXA əməkdaşları tərəfindən, həmçinin pambığın becərilməsi, yığımı və itkisiz daşınmasına hazırlıq və eyni zamanda, texnikaların istismar qaydalarına riayət edilməsi məqsədilə “P-Agro” MMC-nin Saatlı filialında özüyeriyən texnikaların, pambığın daşınması üçün nəzərdə tutulan qoşquların texniki vəziyyəti nəzərdən keçirilib, təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı tövsiyələr verilib.
Agentliyin əməkdaşları tərəfindən kənd yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi, traktor və digər mexaniki nəqliyyat vasitələri tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının müəyyənləşdirilməsi, dövlət qeydiyyatından keçməyən və dövlət texniki baxışına təqdim olunmamış texnikaların aşkarlanması və texniki istismar qaydalarına riayət olunması vəziyyətinin yoxlanılması məqsədilə növbəti monitorinq təşkil edilib. Monitorinq zamanı mexaniki nəqliyyat vasitələrində istismar prosesində təhlükəsizlik qaydalarına əməl edilməsinə dair ümumi tələblərin yerinə yetirilməsi vəziyyətinə baxılıb, aşkar olunan nöqsanların qarşısının alınması haqqında mexanizatorlara tövsiyələr verilib və bu barədə maarifləndirmə tədbirləri həyata keçirilib.
Texnika mülkiyyətçilərinə və mexanizatorlara xidmətin fəaliyyətini və xidmət rüsumlarını əks etdirən maarifləndirici bukletlər paylanılıb.
Eyni zamanda, AXA əməkdaşları tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq, kəndlərdə fermer və mexanizatorlara təlimlər keçirilib və onları maraqlandıran suallar cavablandırılıb.

Kənd təsərrüfatı 2019-09-17 17:47:00