Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Füzulidə badam bağında fitosanitar müşahidələr aparılıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi fitosanitar müşahidələri davam etdirilir. Fitosanitar müşahidənin keçirilməsində məqsəd yeni salınan badam bağlarında zərərverici və xəstəliklərin olub-olmamasını müəyyən etməkdir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, növbəti müşahidə Füzuli rayonunda "Natural-Aqro" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus yeni əkilmiş 82 hektar badam bağında aparılıb.
Müşahidələr zamanı bir neçə badam ağacının yarpaqlarında soluxma və kök çürüməsinə rast gəlinib. Bununla əlaqədar olaraq müvafiq profilaktik tədbirlər görülüb.

Cəmiyyət 2019-09-17 17:44:00