×
A
A
A
Sazlamalar

Bakının işğaldan azad edilməsinin 101 illiyi ilə əlaqədar İğdırda konfrans təşkil olunub

İğdır, 17 sentyabr, AZƏRTAC

Türkiyənin İğdır şəhərində 1918-ci ildə Bakının erməni-bolşevik işğalından azad edilməsinin 101-ci ildönümü münasibətilə konfrans təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konfrans İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşəbbüsü, İğdır Valiliyi ilə Azərbaycanın Qarsdakı Baş Konsulluğunun dəstəyi ilə təşkil olunub.
Qeyd edək ki, sentyabrın 16-da bu tədbirin tərkib hissəsi kimi Türkiyənin İğdır bölgəsindəki Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçirilib.
Yürüşçülər Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını, həmçinin Milli Qəhrəman Mübariz İbrahimovun portretini Ağrıdağı Dağçılıq və Təbiət İdman Növləri Klubu tərəfindən simvolik olaraq Mübariz İbrahimovun adı verilən zirvəyə qaldırıblar.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İğdır

Siyasət 2019-09-17 17:41:00