Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan və Yaponiya arasında bərpa olunan enerji mənbələrinin inkişaf istiqamətləri müzakirə edilib

 

Bakı, 17 sentyabr, AZƏRTAC 

Sentyabrın 17-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində Yaponiyanın “ITOCHU” Korporasiyasının baş əməliyyat direktoru Hisato Okubo ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Azərbaycan və Yaponiya arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı üçün əməkdaşlığın əsas hədəf və istiqamətləri müzakirə olunub.

Ekologiya 2019-09-17 17:40:00