×
A
A
A
Sazlamalar

Yanvar-avqust aylarında dəmir yolu nəqliyyatı ilə 2 milyard dollarlıq yük daşınıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 4 milyon 571 min 74 ton yük daşınıb ki, bu yüklərin dəyəri 2 milyard 6 milyon 13 min ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, səkkiz ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 1 milyon 538 min 751 ton yükün dəyəri 493 milyon 443 min dollar təşkil edib.
Eyni dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 3 milyon 32 min 323 ton, dəyəri isə 1 milyard 512 milyon 569 min dollar olub.

Nəqliyyat 2019-09-17 17:20:00