×
A
A
A
Sazlamalar

“Saber Junction - 19” təlimi davam edir

Bakı, 17 sentyabr, AZƏRTAC

Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təliminin növbəti mərhələsində iştirakçılar qərargahların ərazidə açılması və fəaliyyətlərinin təşkili, eləcə də hərbi qərar qəbuletmə prosesinə başlayıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimdə iştirak edən hərbi qulluqçularımız müxtəlif relyefli ərazilərdən keçməklə qarşıya çıxan maneələrin və şərti düşmənin təxribat fəaliyyətlərinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetiriblər.

Ordu 2019-09-17 16:26:00