Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qaxda baş verən avtoqəzada yaralananlar rayon xəstəxanasına yerləşdirilib

Bakı, 17 sentyabr, AZƏRTAC
Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtoqəza nəticəsində 3 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yaralılar Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.
Hadisə nəticəsində xəsarət alan 32 yaşlı qadın sağ bilək və budun sınığı, 17 yaşlı oğlan sağ budun sınığı diaqnozu ilə reanimasiya şöbəsinə, 17 yaşlı digər yeniyetmə isə kəllə-beyin travması ilə cərrahiyyə şöbəsinə yerləşdirilib.
Hazırda yaralıların müalicəsi davam edir.

Səhiyyə 2019-09-17 16:15:00