×
A
A
A
Sazlamalar

“Bakı səyahətlər bazarı” 20 ölkənin nümayəndələrini bir araya gətirib

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 17-də Bakıda Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə “Bakı səyahətlər bazarı” adlı işgüzar görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə reallaşıb.
İşgüzar görüşdə dünyanın 20-yə yaxın ölkəsindən turizm sektorunu təmsil edən hotel şəbəkələrinin, turizm şirkətlərinin və aviadaşıyıcıların 50-dək nümayəndəsi iştirak edib.
Tədbirin keçirilməsində məqsəd yerli və xarici şirkətlər arasında işgüzar əlaqələrin qurulmasına dəstək olmaq, Azərbaycanın turizm imkanlarını nümayiş etdirmək, eyni zamanda, ölkəyə daha çox turistin cəlb edilməsinə şərait yaratmaqdır.
Sayca 15-ci olan tədbir 2014-cü ildən etibarən keçirilir.

Turizm 2019-09-17 15:39:00