×
A
A
A
Sazlamalar

Dunay çayının deltasında güclü yanğın baş verib

Buxarest, 17 sentyabr, AZƏRTAC

Rumıniyada Dunay çayının deltasında güclü yanğın baş verib. Nəticədə 10 hektar sahədə bitki örtüyü yanıb. Ərazidəki bataqlıq yanğının söndürülməsinə mane olur. Xəsarət alanlar barədə məlumat verilmir.
Qeyd edək ki, Dunayın deltası qoruqdur, burada nadir quş və bitki növlərinə rast gəlmək olur.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Dünya 2019-09-17 15:14:00