×
A
A
A
Sazlamalar

Ukraynanın tanınmış uşaq ürək cərrahları Azərbaycanda olacaqlar

Kiyev, 17 sentyabr, AZƏRTAC

Ukraynanın tanınmış uşaq ürək cərrahları Azərbaycana səfər edəcəklər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Səhiyyə Nazirliyinin Uşaq Kardiologiyası və Ürək Cərrahiyyəsi Elmi və Praktik Tibb Mərkəzinin direktoru, Ukraynanın Əməkdar həkimi, professor İlya Emetsin başçılıq etdiyi heyət sentyabrın 20-23-dək Bakıda, 23-24-də isə Naxçıvanda olacaq.
Səfər çərçivəsində Azərbaycan cərrahları və tibb mütəxəssisləri ilə elmi-praktik görüşlər keçiriləcək. Həkimlər ürək xəstəsi olan uşaqları müayinə edəcək, ehtiyac yarandığı təqdirdə mürəkkəb cərrahiyyə əməliyyatları aparacaqlar.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev 

Səhiyyə 2019-09-17 15:06:00