×
A
A
A
Sazlamalar

Macar pasportu dünyanın ən nüfuzlu pasportları sırasındadır

Budapeşt, 17 sentyabr, AZƏRTAC

“Henley Passport Index” vətəndaşlıq və yaşayış yeri üzrə beynəlxalq məsləhət şirkəti 2019-cu il ərzində giriş vizası almadan digər ölkələri ziyarət imkanlarına malik 199 pasportun reytinqini dərc edib. Bu, müəyyən mənada ölkələrin onların vətəndaşlarının müstəqil yerdəyişməsi prinsipi üzrə təsnifçisidir.
AZƏRTAC xəbər verir ki, macar pasportu Estoniya ilə yanaşı, 11-ci yeri tutub. Slovakiya 10-cu, Çexiya 8-ci, Polşa pasportu isə 16-cı yerdədir.
Macar pasportu vətəndaşlarına vizasız 178 ölkəni ziyarət etmək imkanı verir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Dünya 2019-09-17 15:05:00