×
A
A
A
Sazlamalar

Alessandro Frakasetti: Ətraf mühitin qorunması BMT-nin gündəliyində dayanan qlobal məsələlərdəndir

Bakı, 17 sentyabr, AZƏRTAC 

BMT-nin İnkişaf Proqramı və SOCAR-ın birgə təşkilatçılığı ilə şirkətin Qaradağ kompleksində xeyli ağac əkilib. Sözügedən layihə SOCAR və BP ilə tərəfdaşlıq əsasında reallaşdırılıb. Ərazidə ümumilikdə bir neçə min ağac əkiləcək. Bu isə Azərbaycanın ətraf mühitinin qorunmasına öz töhfəsini verəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 17-də jurnalistlərə müsahibəsində BMT-nin İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsi Alessandro Frakasetti deyib.
A.Frakasetti, həmçinin əlavə edib ki, ətraf mühitin qorunması, onun çirklənməsinin qarşısının alınması BMT-nin gündəliyində dayanan qlobal məsələlərdən biridir. Bu baxımdan bir sıra tədbirlər görülür: “Biz məhz alternativ, bərpaolunan enerji mənbələri ilə bağlı olan layihələri həyata keçirməkdəyik. İkinci məsələ isə mövcud enerjiyə qənaətdir. Azərbaycan bu sahədə daha yüksək nəticələrə nail olarsa, bu, ölkənin gəlirinin artmasında əhəmiyyətli rol oynayar”.

Ekologiya 2019-09-17 15:00:00