×
A
A
A
Sazlamalar

Yunanıstan miqrantların axınına pilotsuz uçuş aparatı ilə nəzarət edəcək

Afina, 17 sentyabr, AZƏRTAC

Yunanıstan sahil mühafizə xidməti Samos adasında pilotsuz uçuş aparatı (PUA) vasitəsilə miqrantların axınını nəzarətdə saxlamağa başlayıb. PUA Yunanıstan sərhədini qanunsuz şəkildə pozan şəxsləri müəyyənləşdirilməsində və Şərqi Egey dənizində axtarış xilasetmə işlərinin aparılmasında mühüm rol oynayır.
Sərhəd xidmətinin verdiyi məlumata əsasən, Avropa İttifaqının “Frontex” təşkilatı tərəfindən təqdim olunan, radar və istilik kamerası ilə təchiz edilən 35 metrlik PUA min metr yüksəklikdə uça bilir.
Miqrantların üz tutduqları əsas adalardan olan Samos adasında qaçqınlar problemi kritik vəziyyətdədir.

 

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina

Dünya 2019-09-17 14:59:00