×
A
A
A
Sazlamalar

Qırğızıstan Tacikistana nota verib

Bişkek, 17 sentyabr, AZƏRTAC

Qırğızıstan-Tacikistan sərhədindəki son münaqişə ilə əlaqədar Qırğızıstan Xarici İşlər Nazirliyi Tacikistanın bu ölkədəki səfiri Suxrab Olimzodaya etiraz notası təqdim edib.
AZƏRTAC xəbər verir ki, notada sərhəddə gərginliyin azaldılması və sabitləşməsi, gələcəkdə belə münaqişələrin baş verməməsi üçün Tacikistan tərəfi təxirəsalınmaz tədbirlər görməyə çağırılır.
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov sərhəddə baş verən son münaqişə ilə bağlı müşavirə keçirib, güc strukturlarına sabitliyin bərpa olunması istiqamətində tapşırıqlar verib.

 

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Dünya 2019-09-17 13:27:00