×
A
A
A
Sazlamalar

Estoniyanın sabiq Prezidenti Toomas İlves Yunanıstanda nazir müşaviri vəzifəsində çalışacaq

Afina, 17 sentyabr, AZƏRTAC

Estoniyanın sabiq Prezidenti Toomas İlves Yunanıstanın Dövlət və Rəqəmsal nazirinin müşaviri vəzifəsində çalışacaq.
Sabiq Prezident Yunanıstanın rəqəmsal strategiyasını müəyyən edəcək ekspertlər komitəsində işləyəcək. Proqramın əsas məqsədi investisiyaların axını prosesini asanlaşdırmaq, bununla bağlı qurumlar arasında əlaqələndirməni yaxşılaşdırmaq, kibertəhlükəsizliyi gücləndirmək və s. olacaq.
Toomas İlves 2006-2016-cı illərdə Estoniyanın Prezidenti olub.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri
Afina

Dünya 2019-09-17 14:15:00