×
A
A
A
Sazlamalar

Tacikistan-Qırğızıstan sərhədindəki qarşıdurmada üç tacik hərbçi həlak olub

Düşənbə, 17 sentyabr, АZƏRTAC

Tacikistan-Qırğızıstan sərhədində ötən gün axşam saatlarında və gecə baş verən yeni qarşıdurmada 3 tacik hərbçi ölüb, yaralananlar var.
AZƏRTAC xəbər verir ki, qırğız tərəfdən isə bir hərbçi ölüb, 13 nəfər yaralanıb.
Qırğızıstanın Baş Naziri Muxammedkalıy Abılqaziev Batken vilayətindədir və gərginliyin azaldılması istiqamətində qırğız və tacik tərəfi ilə görüşlər keçirib.
Sərhəddə vəziyyət gərgin olaraq qalır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə

Dünya 2019-09-17 12:05:00