Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Balacalar üçün bir gündə iki tamaşa -“Kəloğlan” və “Şəngülüm, Məngülüm”

Bakı, 17 sentyabr, AZƏRTAC

A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı azyaşlı tamaşaçıları üçün “Kəloğlan” və “Şəngülüm, Məngülüm”ü bu ay repertuara salıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 28-də nümayiş olunacaq hər iki tamaşa teatrın repertuarında xüsusi yer alan səhnə əsərləridir.
Teatrın baş rejissoru Qurban Məsimovun quruluşunda baxılacaq “Kəloğlan”nın quruluşçu rəssamı Əfşan Əsədovadır.
“Şəngülüm, Şüngülüm və Məngülüm” mənzum nağılı əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru isə Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Elza Seyidcahandır. Mono kukla tamaşasının ifaçısı Ülviyyə Əliyevadır.
Səhnə əsərinin mahnı mətnləri Mikayıl Müşfiqin xalq nağılı əsasında yazdığı “Şəngülüm, Şüngülüm və Məngülüm” mənzum nağılından seçilib.

 

Teatr və kino 2019-09-17 11:54:00