×
A
A
A
Sazlamalar

“Azəriqaz”: 20 mənzil və 91 fərdi yaşayış evi müvafiq sənədləşdirmə aparılmaqla istismara qəbul edilib

Bakı, 17 sentyabr, AZƏRTAC

Son bir neçə gün ərzində Mənzil Tikinti Kooperativləri (MTK) üzrə 20 mənzil və 91 fərdi yaşayış evi müvafiq sənədləşdirmə aparılmaqla istismara qəbul olunub.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, 115 yeni abonentə kod, 150 abonentə kart açılıb, 84 abonentlə təbii qazın alqı-satqısına dair müqavilə bağlanıb. 14 qeyri-əhali sektoru üzrə yeni obyektə rəy, 7 yeni obyektə qaz verilib. 81 fərdi yaşayış evinə texniki şərtin sorğu blankının verilməsi üçün baxış keçirilib, 6 fərdi yaşayış evinə isə qazın verilişi təmin olunub. Bundan başqa, MTK-lardan baxılması üçün daha 19 ərizə daxil olub.

Neft - qaz 2019-09-17 10:57:00