Yunanıstanda meşə yanğınları tüğyan edir
Afina, 17 sentyabr, AZƏRTAC
Yunanıstanda meşə yanğınları tüğyan edir.
AZƏRTAC xəbər verir ki, Lutraki bölgəsində dağlarda baş verən yanğın güclü küləyin təsirindən sürətlə yayılmağa başlayıb. Bölgədəki üç kilsə üçün ciddi təhlükə yaranıb. Kilsənin əməkdaşları təxliyə ediliblər. Yanğının söndürülməsi üçün 180 nəfər cəlb olunub. Bundan əlavə, 10 yanğınsöndürən maşın, iki helikopter və iki təyyarə yanğının söndürülməsində iştirak edir.
Zakinf adasında baş vermiş yanğın artıq yaşayış məntəqələrinə çatıb. Sakinlər evlərini tərk edərək ərazidən uzaqlaşırlar. Yanğınsöndürənlərin və könüllülərin səylərinə baxmayaraq, yanğın Keri kəndinə yaxınlaşıb. Ərazidə yerləşən Kalamaka bölgəsindəki oteldən 120 nəfər təxliyə edilib. Xəsarət alanlar barədə məlumat verilməyib.
Yanğınların söndürülməsi işləri fasiləsiz davam etdirilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır