×
A
A
A
Sazlamalar

Türkiyədə hərəkətdə olan yük qatarı relsdən çıxıb

İstanbul, 16 sentyabr, AZƏRTAC 

Türkiyənin Mersin şəhərindən Adanaya hərəkət edən yük qatarı relsdən çıxıb. Hadisə Tarsus stansiyası yaxınlığında baş verib.
AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində yaralananların olmadığı bildirilir. Hazırda vaqonların hərəkətinin bərpası istiqamətində iş aparılır.


Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-09-16 23:55:00