×
A
A
A
Sazlamalar

Yanvar-avqust aylarında Türkiyədən Azərbaycana 203 min 703 nəfər gəlib

Bakı, 16 sentyabr, AZƏRTAC

Bu ilin 8 ayında Türkiyədən Azərbaycana səfər edənlərin sayı 203 min 703 nəfər olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz artım deməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev sentyabrın 16-da Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumunda deyib.
Nazir bildirib ki, ötən il Türkiyədən Azərbaycana gələnlərin sayı 291 min 259 nəfər olub və bu göstərici ilə ölkəmizə səfər edənlərin siyahısında 3-cü yerdə qərarlaşıblar: “Cari il sentyabrın 1-dən 30 gün müddətinə Azərbaycana gələn Türkiyə vətəndaşlarına viza tələbinin ləğv edilməsi isə bu sayın daha da artmasına səbəb olacaq”.

Turizm 2019-09-16 19:40:00