×
A
A
A
Sazlamalar

Banqladeşdə denge qızdırmasından ölənlərin sayı 68-ə çatıb

Bakı, 16 sentyabr, AZƏRTAC
Banqladeşdə bu il denge qızdırmasından ölənlərin sayı 68-ə çatıb.
AZƏRTAC Banqladeş KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, denge qızdırmasından apreldə 2, iyunda 6, iyulda 32, avqustda isə 28 nəfər ölüb.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, təkcə ötən ay 52 min 636 nəfərdə denge qızdırması qeydə alınıb. Bu, ötən il qeydə alınmış ümumi rəqəmdən çoxdur. Cari il ərzində denge qızdırmasına yoluxanların sayı 82 minə yaxındır.
Qeyd edək ki, bu virus insanlara ağcaqanadlar vasitəsilə keçir. Əsasən yüngül qızdırma ilə müşayiət olunan xəstəlik bəzən ölümə də səbəb olur. Bu virus əsasən yağmurlu aylarda yayılır.

Dünya 2019-09-16 19:53:00