×
A
A
A
Sazlamalar

Misirdə yaşayış binasının altında qədim məbəd tapılıb

Qahirə, 16 sentyabr, AZƏRTAC

Misirin Sohaq əyalətində “qara arxeoloqlar” yaşayış binasının altında Ptolemeylər dövrünə aid qədim məbəd aşkarlayıblar.
AZƏRTAC xəbər verir ki, Misirin təhlükəsizlik orqanları və turist polisinin birgə keçirdiyi əməliyyat nəticəsində yaşayış evində 9,6 metr dərinliyində 2,6 kvadratmetr sahədə yeraltı şaxta, onun içərisində məbədin divarları və əhəngdaşından döşəmə aşkar edilib. Bundan əlavə, əhəngdaşından tikilmiş divarlarda rəsmlər, yazılar və bəzəklər olan otaq tapılıb.
Qeyri-qanuni qazıntı işləri aparan “arxeoloqlar” hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, yaşayış binası möhürlənib.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2019-09-16 19:35:00