×
A
A
A
Sazlamalar

Kolumbiyada təyyarə qəzası nəticəsində yeddi nəfər ölüb

Bakı, 16 sentyabr, AZƏRTAC

Kolumbiyanın cənub-qərbində kiçik təyyarə qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, ölkə mediasında yayılan məlumatlara görə, qəza nəticəsində yeddi nəfər həlak olub.
Piper-PA31 tipi iki motorlu kiçik sərnişin təyyarəsi Popayan şəhərindəki aeroportdan havaya qalxdıqdan qısa müddət sonra bölgədəki evlərin üstünə düşüb. Təyyarədəki iki pilot və beş sərnişin həyatını itirib, iki nəfər isə ağır yaralanıb. Bölgədə bir neçə ev zədələnib.

Dünya 2019-09-16 19:22:00