×
A
A
A
Sazlamalar

Səkkiz ayda Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 2544 TEU konteyner daşınıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Ötən il Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 2867 TEU konteyner daşınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev sentyabrın 16-da Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumunda deyib.
Nazir diqqətə çatdırıb ki, cari ilin 8 ayında isə bu göstərici 2544 TEU konteyner olub. Yanvar-iyul aylarında Türkiyədən Orta Asiyaya və əks istiqamətdə TIR ilə 171 min ton yük daşınıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 123 faiz çoxdur.

 

Nəqliyyat 2019-09-16 19:13:00