×
A
A
A
Sazlamalar

Çində 5 bal gücündə zəlzələ olub

Pekin, 16 sentyabr, AZƏRTAC

Çinin şimal-qərbindəki Qansu vilayətində 5 bal gücündə zəlzələ olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Seysmologiya Mərkəzi məlumat yayıb. Bildirilir ki, yerli vaxtla saat 20:48-də (Bakı vaxtı ilə 16:48) Canqye şəhərinin Sunan qəzasında baş verən zəlzələnin ocağı 11 kilometr dərinlikdə olub.
Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdur.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2019-09-16 18:27:00