×
A
A
A
Sazlamalar

“The Cars” qrupunun lideri Rik Okasek dünyasını dəyişib

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da Amerikanın “The Cars” qrupunun vokalçısı Rik Okasek dünyasını dəyişib.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə musiqiçinin həyat yoldaşı Paulina Porizkova məlumat verib.
“The Cars” qrupu “Yeni dalğanın” (New Wave) nümayəndələridir. Onlar əsasən ötən əsrin 80-ci illərində populyarlıq qazanmışdı. 2018-ci ilin aprelində “The Cars”, ABŞ-da yerləşən rok-n-rollun Şöhrət Muzeyinə daxil edilib. Musiqiçilər karyerası boyunca yeddi albom buraxıblar.

Mədəniyyət 2019-09-16 17:34:00