×
A
A
A
Sazlamalar

Kitabxanada “Əbədiyaşar Üzeyir bəy milli musiqimizin banisi kimi” adlı dəyirmi masa

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Ruhulla Axundov adına Mədəniyyət Evində “Əbədiyaşar Üzeyir bəy milli musiqimizin banisi kimi” adlı dəyirmi masa keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, dəyirmi masa Mədəniyyət Evi və Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 3 nömrəli filialının təşkilatçılığı ilə təşkil edilib.
Tədbiri Mədəniyyət Evinin direktoru Afət İbrahimova açaraq dahi Üzeyir Hacıbəylinin həyatı və yaradıcılığı haqqında məlumat verib. Daha sonra Xəzər rayon MKS-nin 3 nömrəli filialının direktoru Ülviyyə Xudaverdiyeva Milli Musiqi Günü barədə danışıb.
R.Axundov adına Mədəniyyət Evinin bədii rəhbəri Aynurə Əsədova və metodist Natəvan Hüseynova Üzeyir Hacıbəylinin milli musiqimizin inkişafında əvəzsiz rolundan, onun nəinki bir bəstəkar, həm də musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xidmətlərindən bəhs edən məruzələrlə çıxış ediblər.
Sonra iştirakçılar Üzeyir Hacıbəylinin əsərlərindən ibarət kitab sərgisi ilə tanış olublar.

Mədəniyyət 2019-09-16 17:29:00