×
A
A
A
Sazlamalar

Zərdabda çəltik yığımına başlanılıb

Zərdab, 16 sentyabr, AZƏRTAC

Zərdab rayonunda cari ilin məhsulu üçün 210,5 hektar sahədə çəltik yetişdirilib və torpaq mülkiyyətçiləri artıq məhsul yığımına başlayıblar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son illər çəltikçiliyə maraq xeyli artıb. Hazırda rayonun Yuxarı Seyidlər, Körpükənd, Məlikli, Qoruqbağı, Məmmədqasımlı, Alıcanlı kəndlərində çəltik əkilir. Bu sahə ilə məşğul olan torpaq mülkiyyətçilərinin sayı da ilbəil artır. Builki mövsümdə Məmmədqasımlı kənd sakini İntiqam Ağalarov 15, Körpükəndən Rusif Məmmədov 17, Məhəmməd Ağayev 5 hektarda yerli iqlim şəraitinə uyğun “Haşımi” çəltik sortu yetişdiriblər. Məhsulun vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər olunub.
Bu il mütəxəssislər rayon üzrə əkin sahələrindən 1000 hektaradək məhsul gözləyirlər ki, bu da ötən ildəkindən təxminən 60 ton çoxdur.

Kənd təsərrüfatı 2019-09-16 16:41:00