×
A
A
A
Sazlamalar

Səkkiz ayda ixrac edilən elektrik enerjisinin dəyəri azalıb

Bakı, 16 sentyabr, AZƏRTAC
Yanvar-avqust aylarında ölkədən 1 milyard 346 milyon 42 min kilovat/saat elektrik enerjisi ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, ixrac olunan elektrik enerjisinin dəyəri 58 milyon 404 min ABŞ dolları təşkil edib.
Xatırladaq ki, keçən ilin eyni aylarında Azərbaycandan 1 milyard 264 milyon 401 min kilovat/saat elektrik enerjisi ixrac edilmiş, həmin ixracın dəyəri isə 59 milyon 586 min dollar olmuşdu.

Energetika 2019-09-16 16:11:00