×
A
A
A
Sazlamalar

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstana səfər edib

Bakı, 16 sentyabr, AZƏRTAC

Qazaxıstanın paytaxtı Nur-Sultanda Müstəqil Dövlətlər Birliyinin (MDB) Rabitə administrasiyalarının təsis etdiyi Regional Rabitə Birliyinin Rabitə Administrasiyası Başçıları Şurasının 55-ci və İnformasiyalaşdırma üzrə MDB-nin Koordinasiya Şurasının 25-ci birgə iclasları keçirilir. Azərbaycan tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sözügedən toplantıda Regional Rabitə Birliyinin İcraiyyə Komitəsinin Rabitə Administrasiyaları Başçıları Şurasının qərarlarının həyata keçirilməsi üzrə il ərzindəki fəaliyyəti müzakirə edilir.
Səfər çərçivəsində nazir R.Quluzadənin rabitə və yüksək texnologiyalar sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə Rusiya, Özbəkistan və Qazaxıstanın sahə nazirləri, eləcə də Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Zao ilə ikitərəfli görüşləri olub.

İKT 2019-09-16 15:16:00