×
A
A
A
Sazlamalar

Cari ildə 277 min tondan çox metanol istehsal olunub

Bakı, 16 sentyabr, AZƏRTAC

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 67,7 min ton propilen (ondan əmtəəlik 67,5 min ton), 76,7 min ton polietilen, 89,2 min ton etilen, 277,4 min ton metanol (metil spirti) istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 8 ayda kimya sənayesində məhsul buraxılışı ötən ilin eyni ayları ilə müqayisədə 30,7 faiz artıb. Sentyabrın 1-nə 2,2 min ton propilen, 6,6 min ton polietilen və 22,5 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.
Hesabat dövründə propilen istehsalı 62,7 faiz, etilen istehsalı 16,4 faiz, polietilen istehsalı isə 3,1 faiz artıb.

 

Sənaye 2019-09-16 14:12:00