×
A
A
A
Sazlamalar

Polşanın kulinariya portalında yer alan siyahıya Azərbaycan yeməyi də salınıb

Varşava, 16 sentyabr, AZƏRTAC 

Polşanın rondel.pl kulinariya portalında dünyanın ən ləzzətli vegetarian yeməkləri siyahısına Azərbaycan milli mətbəxinin vazkeçilməzlərindən olan pomidor çığırtması da salınıb.
AZƏRTAC xəbər verir ki, “bu fenomenal bir yeməkdir” cümləsi ilə başlayan yazıda xörəyin inqrediyentləri sadalanır. Əlavə olunur ki, bu yemək təkbaşına da doyumlu olmasına baxmayaraq, azərbaycanlılar onu əsasən səhər yeməyi kimi yanında pendir məhsulları ilə birgə yeməyi sevir.


Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava

Mədəniyyət 2019-09-16 14:02:00