×
A
A
A
Sazlamalar

Səkkiz ayda Bakı-Tbilisi-Ərzurum kəməri ilə 6,5 milyard kubmetrdən çox təbii qaz göndərilib

Bakı, 16 sentyabr, AZƏRTAC

Yanvar-avqust aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 17 milyard 862,5 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni dövrünə nisbətən 18,8 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 8 ayda qaz nəqlinin 36,9 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 6 milyard 587,3 milyon kubmetr təbii qaz ixrac edilib.

Neft - qaz 2019-09-16 13:41:00