×
A
A
A
Sazlamalar

Corc Miller “Dəli Maks” seriyasından daha iki film çəkməyi planlaşdırır

Bakı, 16 sentyabr, AZƏRTAC

Rejissor Corc Miller “Dəli Maks” filmlərinin davamı olaraq bu seriyadan daha iki ekran əsəri çəkməyi planlaşdırır.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə prodüser İen Smit məlumat verib.
İen Smit “Dəli Maks: Azğınlıq yolu”, “Beşinci element”, “Fontan”, “İnsan övladı” və digər beynəlxalq səviyyədə məşhurluq qazanan filmlərə prodüserlik edib.
Boyevik janrında çəkilən “Dəli Maks”ın ilk hissəsi 1979-cu ildə işıq üzü görüb. Ekran əsəri qlobal fəlakətdən sonra baş verən hadisələrdən bəhs edir. Baş rolu Mel Gibson canlandırıb.
Qeyd edək ki, 1985-ci ildə “Dəli Maks 2: Yol döyüşçüsü” təqdim olunub. Sonradan isə filmin növbəti hissələri ekranlara çıxıb.

Mədəniyyət 2019-09-16 13:35:00