×
A
A
A
Sazlamalar

Yanvar-avqust aylarında Bakı–Tbilisi–Ceyhan kəməri ilə 21,3 milyon ton neft daşınıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Səkkiz ayda Azərbaycandakı magistral neft kəmərləri ilə 26 milyon 384,4 min ton neft nəql olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəqletmənin 80,8 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və yanvar-avqust aylarında bu kəmərlə 21 milyon 307,5 min ton neft nəql edilib. Səkkiz ayda BTC ilə 3 milyon 100,8 min ton tranzit nefti də ötürülüb.

Neft - qaz 2019-09-16 13:15:00