×
A
A
A
Sazlamalar

Dənli və dənli paxlalı bitkilərin sahələrindən 3,2 milyon ton məhsul yığılıb

Bakı, 16 sentyabr, AZƏRTAC 

Hazırda kənd təsərrüfatı bitkilərinin yığımı davam edir. Sentyabrın 1-nə dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 1 milyon 39,5 min hektar əkin sahəsinin 1 milyon 31,5 min hektarı biçilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin sahələrdən 3 milyon 229 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz çox məhsul götürülüb. Orta hesabla hər hektardan 31,3 sentner məhsul yığılıb.
Bundan əlavə, məhsulu toplanmış 9,8 min hektar dən üçün qarğıdalı sahəsindən 57,5 min ton məhsul toplanıb.

 

Kənd təsərrüfatı 2019-09-16 12:56:00